Ekvadorda koronavirusun Britaniyadakından fərqli üç yeni ştammı aşkar edildi

Ekvadorda koronavirusun Britaniyadakından fərqli üç yeni ştammı aşkar edildi

23.12.2020 12:04

Ekvadorda bir anda koronavirusun üç yeni ştammı aşkar edilib.

Vesti.ru-nun xəbərinə görə, alimlər hesab edir ki, bunların COVID-19-un Briyaniyada versiyası ilə heç bir əlaqəsi yoxdur.

Bu ştammların daha çox yoluxucu olduğu bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatı da virusun sürətlə yayılmasından bəhs edir: "Dünyada bir həftə ərzində demək olar ki, beş milyon yoluxma ilə anti-rekord qeydə alınıb. Ölənlərin sayı da artır".

ABŞ artıq 2021-ci ilin Birinci Dünya Müharibəsindən bəri ölkə tarixində ən çox ölümün baş verəcəyi il ola biləcəyini açıqlayıb.