Erməni oğurluğu: Dolmadan sonra indi də xaşlama, küftə və imam-bayıldı - VİDEO

Erməni oğurluğu: Dolmadan sonra indi də xaşlama, küftə və imam-bayıldı - VİDEO

25.12.2020 10:32

Zəngin mədəniyyətimiz qonşu ölkələrlə yanaşı dünyada da yetərincə tanınır. Musiqisindən tutmuş mətbəxinə qədər Azərbaycan öz milli mədəniyyətinin özəlliyi ilə seçilir. Lakin tarix boyu bizə aid olan nə varsa ermənilər özününküləşdirməyə çalışıblar. Söhbət ermənilərin Azərbaycan və Türkiyə mətbəxini mənimsəməsindən gedir. 

MDB ölkələrində və Rusiyada marketlərin satış rəflərində bir sıra hazır qablaşdırılmış erməni yeməklərinə rast gəlmək olur. Məsələ burasındadır ki, üzərində erməni milli mətbəxi yazılsa da, bu yeməklərin ermənilərə aidiyyatı yoxdur. Məsələn, ermənilərin ən çox mənimsədiyi Azərbaycan mətbəxinə aid olan dolma, küftə, xaşlama, bozbaş, əcəb-sandal yeməkləridir. Son dövrlərdə isə ermənilərin saxtakarlığı pik hədə çatıb. Sırf türk mətbəxinə aid olan imam bayıldı yeməyini də özlərinə aid edən ermənilər məntiqsizlikləri ilə gülünc vəziyyətə düşüblər. Adından da göründüyü kimi, imam bayıldı nə erməni xalqına, nə də erməni mədəniyyətinə aid olmadığını elə adı ilə sübut edir. 

Azərbaycan kulinarları, qida texnoloqları bildirirlər ki, ermənilərin qarşısı alınmadıqca onlar daha da irəli gedəcəklər. Burada əsas vəzifə elə iş adamlarının üzərinə düşür. 

Maddi və mənəvi dəyərlərimizə qənim kəsilən ermənilər tarixən bu sərvətləri oğurlamaqla məşğuldurlar. Bu isə o deməkdir ki, ciddi addımların atılmasının vaxtı çoxdan çatıb, bəlkə də artıq keçir. Torpaqlarımıza sahib çıxdığımız kimi, vaxt itirmədən mətbəximizi də düşmənin əlindan almalıyıq.