Füzuli rayonunda silah-sursat aşkarlandı - VİDEO

Füzuli rayonunda silah-sursat aşkarlandı - VİDEO

07.12.2021 11:18

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bu günlərdə keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində erməni hərbi birləşmələrinin tərk etdiyi mövqelərdən müxtəlif növ silah-sursatlar aşkar ediblər.

Polis əməkdaşları bir minaatan qurğusu, bir avtomat, bir qumbaraatan, 56 qumbaraatan mərmisi, 22 əl qumbarası, 21 partladıcı vasitə, bir rabitə qurğusu, 20 sandıq, 1 600 patron, 124 ədəd 30 mm-lik mərmi və digər döyüş sursatı götürərək aidiyyəti üzrə təhvil veriblər.