Gömrük orqanlarının dövlət büdcəsinə ödəmələri açıqlandı - FOTO

Gömrük orqanlarının dövlət büdcəsinə ödəmələri açıqlandı - FOTO

25.12.2020 12:17

Gömrük orqanları tərəfindən dövlət büdcəsinə köçürülmə ilə bağlı açıqlama verilib. 

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Twitter” hesabında paylaşım edib. 

“Bu günə olan məlumata görə, gömrük orqanları tərəfindən illik büdcə proqnozuna qarşı 3 milyard 830 milyon manat deyil, 3 milyard 887 milyon manat gömrük rüsumlarının və vergilərin toplanaraq, dövlət büdcəsinə köçürülməsi təmin olunub.

Bununla da proqnoza 101,5 faiz əməl edilib”, - deyə o vurğulayıb.