Göygöldə 30 yaşlı şəxs keçmiş qayınatasını bıçaqladı

Göygöldə 30 yaşlı şəxs keçmiş qayınatasını bıçaqladı

06.12.2021 11:40

Göygöl rayonunda bıçaqlanma hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə dekabrın 5-i saat 18 radələrində rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, Rəsul Məsimovla keçmiş kürəkəni, 1991-ci il təvəllüdlü Səxavət Cəfərov arasında mübahisə düşüb. Nəticədə S.Cəfərov keçmiş qayınatasını bıçaqlayıb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığı zərər vurma) maddəsi ilə cinayət işi açılıb, S.Cəfərov şübhəli şəxs qismində saxlanılıb.