Hamilə qonşusunu öldürmə səbəbi hər kəsi şoka saldı - FOTO

Hamilə qonşusunu öldürmə səbəbi hər kəsi şoka saldı - FOTO

24.12.2020 04:29

70 yaşlı kişi hamilə qonşusunu pəncərəni açdığı üçün bıçaqlayıb.

“Life Shot” “Telegram” kanalının məlumatına görə, dəhşətli hadisə Rusiyanın Krasnodar diyarında baş verib.

Bildirilir ki, təqaüdçü kişi gənc qızı binanın girişində yaxalayıb. Onu bıçaqla hədələyərkən qadın küçəyə qaçıb. Buna baxmayaraq, kişi ona çataraq azı səkkiz bıçaq zərbəsi vurub.

Hadisə şahidləri polis və təcili yardım çağırıblar. Ancaq təcili yardım gələnə qədər qadın ölüb.

Bundan sonra kişi intiara cəhd edib. O da xəstəxanaya aparılarkən yolda keçinib.

70 yaşlı Viktor A.-nın psixi xəstəliyi var imiş. O, qonşusu ilə pəncərəni açdığı üçün hər zaman münaqişə edib. Təqaüdçüyə elə gəlirmiş ki, qadın pəncərəni açanda onun evi soyuyur. Halbuki, onlar müxtəlif mərtəbələrdə yaşayıblar.

Gənc qadının beş yaşında qızı qalıb.