İqtisadiyyat naziri vergilərdən büdcəyə daxil olan vəsaiti açıqladı

İqtisadiyyat naziri vergilərdən büdcəyə daxil olan vəsaiti açıqladı

24.12.2020 12:15

“Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına təsirlərinin yumşaldılması istiqamətində mühüm işlər görüb”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib .

Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində iqtisadi tənəzzülü nisbətən yumşaltmaq mümkün olub:

“Bu ilin yanvar-noyabr aylarında vergilər hesabına dövlət büdcəsinə 6,8 milyard manat vəsait daxil olub. O cümlədən qeyri-neft sektoru üzrə daxilolmalar artıb. Bunun da səbəblərindən biri qeyri-neft sektorunda çalışan işçilərin əməkhaqqının tam şəkildə vergi sisteminə daxil olmasıdır”.