İsveç hərbçilərini Rusiya ilə sərhədə göndərdi

İsveç hərbçilərini Rusiya ilə sərhədə göndərdi

15.01.2022 01:11

İsveç Rusiya ilə su sərhədi yaxınlığındakı Qotland adasına zirehli texnika və hərbçilərini göndərib.

Bu barədə ölkə mətbuatı məlumat yayıb.

Bildirilib ki, bu qərara “Rusiyanın bölgədəki fəaliyyəti” səbəb olub.

“Silahlı qüvvələr İsveçin ərazi bütövlüyünü və maraqlarını qorumaq bacarığını nümayiş etdirmək üçün lazımi tədbirlər görür”, - deyə ölkənin müdafiə naziri Peter Hultqvist bəyan edib.

Hazırda hərbçilər ada ərazisində patrul xidməti aparırlar.

Mənbə: “RİA Novosti”