İtaliyada Milad qapanması qüvvəyə mindi

İtaliyada Milad qapanması qüvvəyə mindi

24.12.2020 10:30

Milad ərəfəsində İtaliyada ümummilli karantin başlayıb.

TASS-ın məlumatına görə, məhdudlaşdırıcı tədbirlər əhalinin zəruri hal olmadan evdən çıxmasının qadağan olunmasını nəzərdə tutur.

Ölkə daxilində pərakəndə satış mağazaları bağlanır, restoran və barlar yalnız çatdırılma xidməti edə bilər. Milad ziyafətinə ən çox iki yetkinin dəvət edilməsi tövsiyə olunur.

Yeni il ərəfəsi də daxil olmaqla şəhər meydanlarında istənilən formada toplaşmaq qadağandır.

“Qırmızı zona” 6 yanvar tarixinədək qüvvədə olacaq.

Yanvarın 7-də əhalinin kütləvi peyvəndlənməsi kampaniyasına başlanacaq.