İtkin düşən kişi 40 gün sonra mağaradan tapıldı - VİDEO

İtkin düşən kişi 40 gün sonra mağaradan tapıldı - VİDEO

22.12.2020 07:27

Tayvanda itkin düşmüş bir kişi 40 gün sonra mağaradan tapılaraq xilas edilib.

Bu barədə “AsiaOne” xəbər yayıb.

Kişi sonuncu dəfə Tayvanın Tayçjun şəhəri yaxınlığındakı dağlarda skuter sürərkən görüntülənib. Daha sonra 100 metr dərinlikdəki yarığa yıxıldığı ehtimal olunur.

40 gün sonra isə bir ovçu polisə müraciət edərək mağarada yatmış kişinin tapıldığını xəbər verib. Polis onu taparaq xəstəxanaya aparıb. Onun zəif olduğu, lakin vəziyyətinin stabil qaldığı bildirilir.

Onun necə sağ qalmağı bacardığı və bu müddət ərzində nə yediyi məlum deyil.