Kasilyas “Real”a döndü

Kasilyas “Real”a döndü

22.12.2020 17:42

İspaniya millisinin və “Real”ın sabiq qapıçısı İker Kasilyasın yeni iş yeri bəlli olub.

Paytaxt təmsilçisinin əfsanəsi doğma klubunda yeni vəzifə alıb. O, “Real” fondunun baş direktorunun köməkçisi təyin edilib.

Qeyd edək ki, “Real”ın yetirməsi olan İker Kasilyas 1998-2015-ci illərdə bu klubda oynayıb. Daha sonra Portuqaliyanın “Portu” klubuna keçən futbolçu ötən mövsüm zədə səbəbindən karyerasını bitirdiyini açıqlayıb.