Keçən il pensiya ödənişi üçün xərclənən vəsaitin məbləği AÇIQLANDI - FOTO

Keçən il pensiya ödənişi üçün xərclənən vəsaitin məbləği AÇIQLANDI - FOTO

15.01.2022 12:33

Keçən il pensiya ödənişi üçün xərclənən vəsaitin məbləği açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, pensiyalarda artım dinamikası 2021-ci ildə də davam edib.

Keçən il pensiyaların orta aylıq məbləği 9 % artaraq 331 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 8 % artaraq 358 manata çatıb. Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il də sosial ödənişlərin, o cümlədən pensiyaların hər ay müvafiq qrafik əsasında vaxtlı-vaxtında ödənişi təmin edilib.

Ümumilikdə, 2021-ci ildə pensiya təminatı üzrə əvvəlki ilə nisbətən 118 milyon manat çox olmaqla 4 milyard 592 milyon manat vəsait ödənilib.

2019-cu ilin əvvəlindən pensiya təyinatı avtomatlaşdırılıb. Ötən dövrdə 48 300, o cümlədən 2021-ci ildə 22 600 pensiya təyinatı elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib.