Kirayə ödənişi etməklə satın alınan mənzillərin sayı artdı - FOTO

Kirayə ödənişi etməklə satın alınan mənzillərin sayı artdı - FOTO

21.12.2020 17:24

İpoteka və Kredit Zəmanəti Fondu Binəqədi rayonu ərazisindən kirayə mənzillərin təklifinə başlayır.

Fonddan verilən məlumata əsasən, satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilən yaşayış sahələrinin siyahısı genişləndirilib və daha bir yaşayış kompleksi mənzil fonduna daxil edilib.

Yeni kompleks Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşir. Kompleks üzrə vətəndaşlara 40 mənzil təklif olunur.

Qeyd olunan yaşayış kompleksində təklif edilən mənzillərin aylıq ödənişləri 498 manatdan başlayır. Aylıq ödənişlər çox güzəştli şərtlərlə, mənzilin dəyərinə illik 4 faiz (sığortalanma daxil) həcmində xərclər nəzərə alınmaqla hesablanır. Kompleks üzrə mənzillər bir, iki və üç otaqlıdır. 

Satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilən mənzillər haqqında əlavə məlumat almaq üçün linkə daxil ola bilərsiniz.