“Kontakt Home”da Yeni ilə özəl 24 ayadək faizsiz kredit kampaniyası başladı - VİDEO

“Kontakt Home”da Yeni ilə özəl 24 ayadək faizsiz kredit kampaniyası başladı - VİDEO

22.12.2020 10:28

Sevindirən mağazamız olan “Kontakt Home” Yeni il hədiyyələrini kreditlə almaq istəyənləri də düşünüb və onlar üçün xüsusi kampaniya başladıb! Belə ki, bu gündən etibarən yanvarın 10-dək kontakt.az saytında telefonları ilkin ödənişsiz, 12 ay faizsiz, bütün TV və məişət texnikasını 18 ay faizsiz, bütün mebelləri 24 ay faizsiz hissəli alış şərtləri ilə ala bilərsiniz.

Məsələn,

- Redmi Note 9 smartfonu ayda cəmi 37 manat 50 qəpiyə;

- 109 sm-lik 4K Samsung televizoru ayda cəmi 63 manat 90 qəpiyə;

- 7 kq-lıq LG paltaryuyanı ayda cəmi 57 manat 80 qəpiyə;

- Retro künc divanı ayda cəmi 35 manata olacaq.

Məhsullar bununla bitmir. Kontakt.az-da kredit rəsmiləşdirilməsi olduqca asandır. Sadəcə seçdiyiniz məhsulu hissə-hissə al düyməsinə klikləyərək sifariş edin. Bundan sonra sizə kredit mütəxəssisi zəng edib lazımi sənəd və şərtlər barədə məlumat verəcək. Sənədlərin fotosunu “Whatsapp” vasitəsilə əməkdaşa yolladıqdan sonra proses yekunlaşır. Kredit müqaviləsi məhsulla birlikdə ünvanınıza çatdırılır və rəsmiləşdirmə elə qapıdaca aparılır. Bu qədər asan!

Odur ki, elə indi telefon və ya kompyuterlə kontakt.az-a daxil olun, sevdiyiniz məhsulu sifariş verin. Sifarişiniz qısa zamanda, pulsuz düz qapınıza çatdırılsın. Ödənişi həm onlayn, həm də qapıda nağd və ya bank kartıyla etmək mümkündür.

Məhsulları canlı görmək istəyənlər kontakt.az-dan “Canlı video məsləhətçi” funksiyasını da sifariş verə bilər. Sadəcə saytın sol aşağı küncündə yerləşən müvafiq düyməni klikləyin. Açılan pəncərədə Ad, soyad, “Whatsapp” nömrəniz və maraqlandığınız məhsulun adını qeyd edib göndər düyməsinə klikləyin. Çox qısa zamanda “Kontakt Home”un satış təmsilçiləri elə mağazadan “Whatsapp” vasitəsilə videozəng edərək məhsullarla bağlı sizi maraqlandıran bütün suallara cavab verəcək. Bəyəndiyiniz məhsulu elə bu zəng vasitəsilə sifariş də edə bilərsiniz.
Yeni il qabağı çatdırılma xidmətinin yükləndiyini nəzərə alaraq, hədiyyənizi vaxtında almaq üçün sifarişinizi indidən verməyinizi tövsiyə edirik.

Onlayn sifariş prosesi ilə ətraflı tanış olmaq üçün aşağıdakı videotəlimata baxa bilərsiniz: