“Kontakt Home”dan canlı görüb seçin, evinizə çatdırsınlar - Video məsləhətçi xidməti

“Kontakt Home”dan canlı görüb seçin, evinizə çatdırsınlar - Video məsləhətçi xidməti

25.12.2020 12:29

Hər zaman müştərilərin rahatlığı üçün çalışan “Kontakt Home” karantin günlərində Yeni İl hədiyyələrini canlı görüb almaq istəyənlər üçün – onlayn videoməsləhətçi xidmətini təklif edir.

Bunun üçün sadəcə kontakt.az saytına daxil olun və canlı video məsləhətçi işarəsini klikləyin.

Açılan pəncərədə ad, soyad, “Whatsapp” nömrəniz və maraqlandığınız məhsulun adını qeyd edib göndər düyməsini sıxın. Yaxud məlumatlarınızı birbaşa 050 411 60 60 “Whatsapp” nömrəsinə yazın. Çox qısa zamanda “Kontakt Home”un satış təmsilçiləri elə mağazadan “WhatsApp” vasitəsilə videozəng edərək məhsullarla bağlı sizi maraqlandıran bütün suallara cavab verəcək. Bəyəndiyiniz məhsulu elə bu zəng vasitəsilə sifariş də edə bilərsiniz. Sifarişiniz qısa zamanda, tamamilə pulsuz ünvanınıza çatdırılacaq.

Sifarişini təcili almaq istəyənlər ekspress çatdırılma xidmətindən də faydalana bilərlər. Cəmi 19.99 AZN ödəyərək sifarişinizi üç saat ərzində ünvanınıza alın.

Qeyd edək ki, hazırda “Kontakt Home”un onlayn mağazasında Yeni İl münasibətilə bütün məhsullara nağd alışda 50%-dək endirimlər davam edir. Hədiyyəsini kreditlə almaq istəyənlər isə telefonlara ilkin ödənişsiz, 12 ay faizsiz, bütün TV və məişət texnikasına 18 ay faizsiz, bütün mebellərə isə 24 ay faizsiz hissəli alış-veriş şərtlərindən yararlana bilərlər. 

Odur ki, elə indi telefonla və ya kompyuterlə kontakt.az-a daxil olun və hədiyyənizi sifariş verin. Sifarişiniz qısa müddətdə, pulsuz, düz qapınızadək çatdırılacaq. Ödənişi istər onlayn, istərsə də qapıda nağd və ya bank kartıyla etmək mümkündür. Birkart sahibləri endirimi 21 aylıq faizsiz hissələrə də bölə bilərlər.

Yeni İl qabağı çatdırılma xidmətinin yükləndiyini nəzərə alaraq, hədiyyənizi dekabrın 31-dək almaq üçün sifarişinizi dekabrın 27-dək verməyinizi tövsiyə edirik. Tələsin, endirimli məhsullar da bitə bilər!