Kriştianu Ronaldu “Mançester Yunayted”in baş məşqçisi ola bilər

Kriştianu Ronaldu “Mançester Yunayted”in baş məşqçisi ola bilər

29.10.2021 16:20

“Mançester Yunayted”də baş məşqçi Ule Qunar Sulşerin işinə son veriləcəyi halda yeni baş məşqçinin kim olacağı ilə bağlı müzakirələr davam edir.

Təcrübəli məşqçi Antonio Kontenin “qırmızı şeytanlar”a “yox” deməsindən sonra, gündəmə olduqca maraqlı bir iddia atılıb. İspaniya mətbuatı “Mançester Yunayted”in yeni baş məşqçisinin karyerası ərzində bir çox mütəxəssislə çalışan Kriştianu Ronaldunun ola biləcəyini yazıb.

Mənbə: Goal.com