Larson atasının çıxış etdiyi klubda oynamağı xəyal etdiyini bildirib

Larson atasının çıxış etdiyi klubda oynamağı xəyal etdiyini bildirib

25.12.2020 07:00

Rusiyanın “Spartak” klubunun hücumçusu Cordan Larson bir vaxtlar atası Henrik Larsonun çıxış etdiyi “Seltik” klubunun formasını geyinməyi arzu etdiyini bildirib.

Futbolçu bu barədə RT agentliyinə açıqlamasında qeyd edib.

“Seltik”in ürəyimdə həmişə xüsusi bir yeri olacaq. Orada oynamamışam, amma hələ uşaq ikən futbolu gördüyüm ilk yer oradır. Anamla matçlara gedərək atamın oyununu izləyirdik”, deyə futbolçu xatirələrini bölüşüb.  

C. Larson əlavə edib ki, Şotlandiya klubu hazırda onunla maraqlanmır:

“Nəzərə alsaq ki, atam orada oynayıb, əvvəl adımdan söz etdirib sonra bu kluba keçmək istərdim. Hazırda “Seltik” mənim xidmətlərimlə maraqlanmır, ancaq bu klubda oynamağı xəyal edirəm”.