Latviyanın sabiq prezidenti: “Azərbaycanla dostluq əlaqələrimizi yüksək dəyərləndirirəm”

Latviyanın sabiq prezidenti: “Azərbaycanla dostluq əlaqələrimizi yüksək dəyərləndirirəm”

23.12.2020 16:36

Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Raymonds Veyonis Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

AZƏRTAC-ın yayımladığı təbrik mətnində deyilir:

“Hörmətli Prezident.

Doğum gününüz münasibətilə təbriklərimi qəbul edin.

Latviya və Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və yaxın əlaqələri yüksək dəyərləndirirəm.

Arzu edirəm ki, növbəti il ölkəniz və şəxsən Sizin üçün xoş hadisələrlə zəngin olsun.

Qarşıdan gələn ildə Sizə ən xoş arzularla”.