Liqa Kubokunun yarımfinalında möhtəşəm derbi olacaq

Liqa Kubokunun yarımfinalında möhtəşəm derbi olacaq

24.12.2020 09:54

İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.

Oxu.Az xəbər verir ki, püşkə əsasən “Totenhem” I divizion komandası “Brentford”la qarşılaşacaq. Bu görüş Londonda olacaq.

Digər yarımfinal cütündə isə Mançester klubları üz-üzə gələcək. “Mançester Yunayted” əzəli rəqibi “Mançester Siti”ni “Old Traford”da qəbul edəcək.

Qeyd edək ki, hər iki görüş yanvarın 4-də keçiriləcək. Birinci matç Bakı vaxtı ilə saat 18:00-da, ikinci görüş isə 20:00-da başlayacaq. Cütün qalibləri bir matçın nəticəsinə əsasən finalçıları müəyyənləşdirəcək.

Səbuhi Musayev