“Liverpul” Salaha yeni müqavilə təklif edəcək

“Liverpul” Salaha yeni müqavilə təklif edəcək

22.12.2020 14:24

İngiltərənin “Liverpul” klubu komandanı tərk edəcəyi ilə bağlı şayiələr dolaşan misirli futbolçu Məhəmməd Salaha yeni müqavilə təklif edəcək.

Bu barədə Goal.com məlumat yayıb.

Mənbə yazır ki, “mersesaydlılar”ın rəhbərliyi 28 yaşlı futbolçunu saxlamaqda israrlıdır və ona daha yaxşı şərtlərlə yeni müqavilə təklif edəcək.

Qeyd edək ki, M.Salahın “Liverpul”la müqaviləsi 2023-cü ildə bitir.