Maliyyə naziri 2021-ci ildə ölkə qarşısında duran əsas məqsəddən danışdı

Maliyyə naziri 2021-ci ildə ölkə qarşısında duran əsas məqsəddən danışdı

24.12.2020 11:36

“Sona çatan 2020-ci il Azərbaycan tarixində müstəsna il kimi qalacaq. Çünki 2020-ci ildə Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə son qoyub. Bu şanlı zəfərin təmin olunması üçün həyatlarını qurban vermiş şəhidləri böyük ehtiramla anırıq.

Onların uğrunda şəhid olduqları Vətən torpaqlarının yenidən qurulması bu gün qarşımızda duran ən ümdə məsələdir. Bu məqsədlə gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulub”.

“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, Prezident İlham Əliyev vətəndaşların rifahının daha da yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Bu, gələn ilin büdcə layihəsində də öz əksini tapıb.