“McDonald's Azərbaycan” restoranlarında “Yardım əlini uzat!” xeyriyyə aksiyası keçirilib - FOTO/VİDEO

“McDonald's Azərbaycan” restoranlarında “Yardım əlini uzat!” xeyriyyə aksiyası keçirilib - FOTO/VİDEO

06.12.2021 12:00

Noyabrın 1-dən 20-dək bütün “McDonald's Azərbaycan” restoranlarında aksiyanın ənənəvi simvolu olan uşaqlara kömək, mehribanlıq və isti münasibət təəssüratını bağışlayan əli simvolizə edən “Ovuc” stikerli “Yardım əlini uzat!” adlı xeyriyyə aksiyası keçirilib.

Aksiya nəticəsində 20 gün ərzində “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasındakı uşaqlar üçün nəzərdə tutulan 20.000 AZN məbləğində vəsait toplanıb. Toplanmış məbləğin yarısı (10.000 AZN) valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqların psixoloji yardımına xərclənəcək. Qalan 10.000 AZN isə “SOS Uşaq Kəndləri Azərbaycan”ın uşaqları üçün ilkin tələbat mallarının alınmasına xərclənəcək.

Qeyd edək ki, “McDonald's Azərbaycan” hər zaman “Kiçik uşaqların böyük problemləri olmamalıdır!” şüarına sadiqdir. Xeyriyyə aksiyaları Korporativ Sosial Məsuliyyətinə böyük diqqət yetirən “McDonald’s Azərbaycan”ın siyasətinin tərkib hissəsidir. 22 ildir ki, “McDonald’s Azərbaycan” şirkəti restoranlara gələn qonaqların dəstəyi ilə uşaq evlərinə, tibb fondlarına, idman tədbirlərinə yardımla bağlı bir çox kampaniyaları həyata keçirib.

“McDonald's Azərbaycan” bu aksiyada iştirak edən bütün qonaqlara təşəkkür edir! Biz birlikdə xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatını müsbətə doğru dəyişə bilərik!