MDBMİ-nin rektoru İlham Əliyevi təbrik etdi

MDBMİ-nin rektoru İlham Əliyevi təbrik etdi

24.12.2020 21:50

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

Azərbaycan Respublikasının Prezidenti, MDBMİ-nin fəxri doktoru İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Sizi tanıyanların hamısı həmişə qeyd edirlər ki, Siz istedadlı rəhbər, parlaq dövlət xadimi, öz işinə ürəkdən sadiq olan, ölkəsinin tərəqqisi və onun xalqının rifahı naminə bütün varlığı ilə çalışan şəxsiyyətsiniz.

Sizi doğum gününüz münasibətilə bir daha təbrik etməyə şadam.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, gözəl Azərbaycanın rifahı naminə nəcib işinizdə sadiq silahdaşlar və daimi uğurlar arzulayıram.

Dərin hörmətlə,

Anatoli Torkunov

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru,

Rusiya Elmlər Akademiyasının akademiki