Məcburi köçkünlərə ödəniləcək məbləğ açıqlandı

Məcburi köçkünlərə ödəniləcək məbləğ açıqlandı

23.12.2020 15:10

Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə növbəti ilin dövlət büdcəsində 364,4 milyon manat vəsait nəzərdə tutulub.

Oxu.Az-ın məlumatına görə, 2021-ci il dövlət büdcəsi xərclərində nəzərdə tutulan qaydada məcburi köçkünlərə və onlara bərabər tutulan 500 min nəfərə yaxın şəxsə ayda 60 manat olmaqla vahid aylıq müavinətin verilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 340 milyon manat vəsait proqnozlaşdırılıb.

Bildirilib ki, bu hər bir məcburi köçkün ailəsinə orta hesabla ayda 270 manat məbləğində vəsaitin müavinət şəklində ödənilməsi deməkdir.

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak edilən kommunal xidmətlərin haqqının dövlət büdcəsinin vəsaiti hesabına qarşılanması üçün 2021-ci ilin dövlət büdcəsində 15,5 milyon manat vəsait nəzərdə tutulub.

Nigar Məmmədova