Məleykə Əsədova videosunun montaj edilməsindən danışdı

Məleykə Əsədova videosunun montaj edilməsindən danışdı

29.10.2021 15:48

Xalq artisti Məleykə Əsədova yeni xəbərlə gündəmə gəlib.

Sənətçinin ATV-də yayımlanan “7 canlı” proqramına qonaq olduğu zaman səsləndirdiyi şeir montaj olunaraq kəsilib və həmin videoya başqa səs əlavə edilib.

Həmin görüntülər sosial şəbəkələrdə yayılıb.

Xalq artisti sözügedən videoya etiraz edərək bunları deyib:

“Görüntülərdə “yox” sözündən sonra bəzi şərəfsizlər əzizlərinin səslərini montaj edib. Bu həm mənə, həm də Bəxtiyar Vahabzadəyə hörmətsizlikdir. Bununla bağlı tədbir görüləcək. Mənə maraqlıdır, bu videonun montaj olduğunu bilə-bilə niyə bəzi səhifələr bu tərbiyəsizliyi paylaşaraq həmin şərəfsizlərə dəstək olurlar?!”

Xatırladaq ki, həmin vaxt Xalq artisti şair Bəxtiyar Vahabzadənin şeirini səsləndirib.