Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi ilin əvvəli iə müqayisədə artıb

Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi ilin əvvəli iə müqayisədə artıb

25.12.2020 14:00

Mərkəzi Bankın rəsmi beynəlxalq valyuta ehtiyatlarının həcmi 6 milyard 411,5 milyon ABŞ dollarını təşkil edib.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, Mərkəzi Bankın beynəlxalq valyuta ehtiyalarının həcmi noyabr ayının 1-nə olan göstərici ilə müqayisədə 0,9 faiz azalıb.

Valyuta ehtiyatlarının həcmi ilin əvvəli ilə müqayisədə isə 1,1 faiz artıb. Eləcə də, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,7 faiz artıb.

Nigar Məmmədova