Messi Peleni geridə qoydu - VİDEO

Messi Peleni geridə qoydu - VİDEO

23.12.2020 10:30

“Barselona” klubunun 33 yaşlı kapitanı Lionel Messi “Valyadolid”ə qarşı oyunun 65-ci dəqiqəsində fərqlənərək əfsanəvi futbolçu Pelenin bir klub üçün vurduğu qol rekordunu yeniləyib.

Bu barədə “Squawka” agentliyi öz “Twitter” səhifəsində məlumat verib.

Belə ki, “Barselona”da oynadığı müddətdə vurduğu qolların sayını 644-ə çatdıran L.Messi, Braziliyanın “Santos” klubunun heyətində 643 qol vuran Peleni geridə qoyub.