Messi və Neymar yenidən bir klubda oynaya bilər

Messi və Neymar yenidən bir klubda oynaya bilər

21.12.2020 15:08

“Barselona” klubunun prezidenti vəzifəsinə namizəd Xordi Farre braziliyalı ulduz futbolçu Neymarı Kataloniyaya qaytaracağına söz verib.

X.Farre bu barədə “Mundo Deportivo” nəşrinə açıqlamasında deyib.

“Neymarı yenidən "Barca"da görməyə məmnun olardıq, ancaq bunun üçün o öz tələblərini azaltmalı və heç bir şərt irəli sürmədən üzr istəməlidir. Hər kəs səhv edə bilər. Onun yaxın ətrafı ilə danışmışıq. Futbolçu özü də “evinə” qayıtmağın əleyhinə deyil. Kim dünyanın ən yaxşı üç oyunçusundan birinin komandasında olmasını istəməz? Bu transfer üçün PSJ-yə 40-45 milyon avro ödəyə bilərik. Messi və Neymar gələn il yenidən birlikdə oynayacaqlar. Əminəm ki, bundan sonra Leo da klubdan getmək istəməyəcək. O, gələcəkdə “Barselona”nın fəxri prezidenti də ola bilər. Ancaq əvvəlcə mövcud çətin şərtlərə uyğunlaşmaq lazımdır”, deyə “Barselona” prezidentliyinə namizəd söyləyib.