Mikayıl Cabbarov: “Azərbaycan iqtisadiyyatı növbəti il 2 faiz artacaq”

Mikayıl Cabbarov: “Azərbaycan iqtisadiyyatı növbəti il 2 faiz artacaq”

24.12.2020 12:24

2021-ci ildə Azərbaycan iqtisadiyyatının 1,9 faiz artması proqnozlaşdırılıb. Beynəlxalq təşkilatların isə proqnozlarına əsasən, Azərbaycan iqtisadiyyatı növbəti il 2 faiz artacaq.

“Trend”in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.

M.Cabbarov bildirib ki, İqtisadiyyat Nazirliyi daha nikbin proqnozlarla çıxış edir. Nazir vurğulayıb ki, pandemiya səbəbindən hazırda proqnozlar qeyri-müəyyənlik şəraitində aparılır:

“Lakin biz daha nikbinik və nikbinliyimiz Qarabağa böyük qayıdış və həmin ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiya edilməsi ilə bağlıdır. Həmin ərazilər iqtisadiyyatımızın inkişafına böyük töhfə verəcək”.