“Milan” “Barselona”nın 72 illik uğurunu təkrarladı

“Milan” “Barselona”nın 72 illik uğurunu təkrarladı

24.12.2020 10:18

İtaliya A seriyasının 14-cü turunda “Milan” “Latsio”ya qalib gəlib.

Bu barədə Championat.com məlumat yayıb.

“San-Siro” stadionunda baş tutan qarşılaşma 3:2 hesabı ilə “Milan”ın qələbəsi ilə yekunlaşıb. “Milan” bu qarşılaşmada “Barselona”nın 1948-ci ildə nail olduğu uğuru 72 il sonra təkrarlayıb.

İtaliya klubu 1948-ci ildən bu yana futbol üzrə Top-5 Avropa liqalarında bir təqvim ilində ardıcıl 15 oyundan 2+ qol vurmağa nail olub. Bu nailiyyətə daha əvvəl yalnız “Barselona” imza ata bilib.

İspaniya klubu məhz 1948-ci ildə ardıcıl 18 qarşılaşmada 2+ qol vurmuşdu.