“Moderna” peyvəndini koronavirusun “Britaniya” variantına qarşı sınayacaqlar

“Moderna” peyvəndini koronavirusun “Britaniya” variantına qarşı sınayacaqlar

24.12.2020 10:54

Koronavirusa qarşı “Moderna” peyvəndinin Böyük Britaniyada aşkar olunan patogen variantına qarşı effektivliyi sınanacaq.

Bu barədə “Reuters” xəbər verir.

Mövcud məlumatlara görə, şirkətdən dərmanın yeni ştamma qarşı təsirli olması gözlənilir.

Bildirilir ki, peyvənd koronavirusun daha əvvəl ortaya çıxan mutasiyalarına qarşı artıq test edilib və təsirli olub.

Eyni zamanda qeyd olunur ki, “Moderna” şirkəti ehtimalları təsdiqləmək üçün əlavə testlər keçirəcək.