Nazilə Səfərlidən meyxanaçının oğluna: “Atasına psixotrop iynə vurub...”

Nazilə Səfərlidən meyxanaçının oğluna: “Atasına psixotrop iynə vurub...”

07.12.2021 13:20

Meyxanaçı Ağa Kərimin oğlu Kamil Novruzovun Nazilə Səfərli barəsində dediyi sözlər onu özündən çıxarıb.

Oxu.Az xəbər verir ki, Səfərli özünün şəxsi “Instagram” hesabında paylaşım edərək meyxana ustadının oğlunu sərt şəkildə tənqid edib.

O bildirib ki, oğlu atasına psixotrop iynələr vuraraq ona məxsus mülkləri və bağı 150 min manata satıb:

“Deyir ki, Nazilə atamdan reytinq tutur. Ay qapı açmağa cürəti çatmayan oğul, dədənin reytinq verdiyini bilirdinsə, özün niyə 3 ildə bir dəfə istifadə etmirdin? Reytinq verən mənəm, ay atasının xəstəliyindən istifadə edib mülklərini satan bivec oğul. Psixotrop iynələri yazığın canına doldurursunuz ki, ayılmasın, bağı 150 minə satdığınızdan xəbəri olmasın?!".

Xatırladaq ki, meyxana ustadı Ağakərimin oğlu Kamil Novruzov saytımıza açıqlamasında Nazilə Səfərlinin atası vasitəsilə reytinq tutduğunu və onun bu hərəkətini qara piar adlandırdığını bildirmişdi.

Elyar Sadıqov