Nazirlikdən meteohəssas insanlara XƏBƏRDARLIQ

Nazirlikdən meteohəssas insanlara XƏBƏRDARLIQ

15.01.2022 13:45

Yaxın günlər ərzində Abşeron yarımadasında tez-tez gilavar küləyinin xəzri küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yaydığı tibbi-meteoroloji xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, belə hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.