“Neftçi”nin Prinsi ölkəsinin ən yaxşı futbolçusu ola bilər - FOTO

“Neftçi”nin Prinsi ölkəsinin ən yaxşı futbolçusu ola bilər - FOTO

21.12.2020 16:44

Konqoda 2020-ci ilin ən yaxşı futbolçu adına namizədlərin adları açıqlanıb.

Oxu.Az xəbər verir ki, 20 nəfərlik namizədlər arasında Konqo millisin və Bakının “Neftçi” klubunun hücumçusu Prins Vini İbara da var.

Səsvermə yanvarın 14-dək keçiriləcək. Yanvarın 15-də qalib açıqlanacaq.

Qeyd edək ki, 24 yaşlı Prins İbara sentyabrın 11-də “Neftçi”yə keçib. O, Belçikanın “Beersxot” klubundan cari mövsümün sonunadək icarəyə götürülüb.

Səbuhi Musayev