“Odlar Yurdu” Avropa Kubokunun neçəncisi oldu?

“Odlar Yurdu” Avropa Kubokunun neçəncisi oldu?

23.12.2020 10:48

Onlayn şahmat üzrə qadın komandalar arasında Avropa Kubokuna yekun vurulub.

Burada mübarizə aparan Azərbaycanın “Odlar Yurdu” komandası son beş turda keçirdiyi görüşlərdən ilk ikisində qalib gəlsə də, üç görüşdə uduzub.

Nəticədə qadın millimizin əsasını təşkil edən “Odlar Yurdu” yarışı altı xalla IX yerdə başa vurub.

Çempion 14 xalla Monakonun “Monte Karlo” komandası tutub. Gümüş və bürünc medalları isə Rusiyanın “Yuqra” və “Qambit” komandaları tutub. Hər iki komanda yarışı 11 xalla başa vurub.

Qeyd edək ki, bu yarışda komandamızın heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova və Ülviyyə Fətəliyeva iştirak edib.

Səbuhi Musayev