“Odlar Yurdu”nun son beş oyunu

“Odlar Yurdu”nun son beş oyunu

22.12.2020 16:54

Bu gün qadın şahmat komandaları arasında onlayn Avropa Kubokuna yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, Azərbaycanı bu yarışda təmsil edən “Odlar Yurdu” komandası son beş matçını “Hello Sakk” (Macarıstan), “Treblay en Frans” (Fransa), “Monte Karlo” (Monako), Kiyev Şahmat Federasiyası (Ukrayna) və “Yuqra”ya (Rusiya) qarşı keçirəcək.

Qeyd edək ki, Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova və Ülviyyə Fətəliyevadan ibarət “Odlar Yurdu” D qrupunda ikinci olaraq final mərhələsinə vəsiqə qazanıb. Hazırda komandamız turnir cədvəlində iki xalla 10-cu sıradadır.

Səbuhi Musayev