Oğlunu hərbçi görmək istəyən şəhidimiz - VİDEO

Oğlunu hərbçi görmək istəyən şəhidimiz - VİDEO

22.12.2020 23:45

“Heç bir zaman onun gözlərində yorğunluq görmədim. Hər zaman mehriban oldu”.

Vətən müharibəsində şəhid olan Şahlar Nağıyevin övladlarının anası Mahiyə xanım ömür-gün yoldaşını belə tanıdır bizlərə.

Deyir, heç vaxt ailəsi ondan incimədi. Vətən müharibəsi başlayanda hamı kimi o da düşmənlə mübarizəyə qalxdı. Savaşdı qəhramancasna şəhid oldu. Hərbiçimizin ən böyük arzularından biri övladı Hüseyni hərbçi görmək olub.

Hər zaman oğlunu məhz hərbiyə hazırlayıb. Şahlar Nağıyev müddətdən artıq hərbi qulluqçu kimi vətənə xidmətini davam etdirib. Topçu olub və düşmənin bir sıra dayaq nöqtələrini sərrast atışla məhv edib.

Şəhidimizin anası Gülgəz Nağıyevanın sözlərinə görə, Şahlar sanki şəhid olacağını bilirdi. Sonuncu dəfə oktyabr ayının 2-si danışır ailəsi ilə.

Başqa sözlə desək, ölümündən bir neç saat qabaq anasından halallıq alır, övladlarından muğayat olmasını istəyir.

Hərbçimiz Tərətər rayonunun Əskipara kəndində gedən döyüşlərdə zirvəsinə ucalır. Qardaşı Nicata son sözləri irəli getdiklərini, düşmənin tamamilə darmadağın olunduğunu bildirir.

Ətraflı Baku TV-nin süjetində: