Özbəkistanda ticarət mərkəzində partlayış: Yaralılar var

Özbəkistanda ticarət mərkəzində partlayış: Yaralılar var

07.12.2021 10:56

Özbəkistanın Surxandərya vilayətinin Denau şəhərində ticarət mərkəzində partlayış, ardınca yanğın baş verib.

Respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, doqquz nəfər xəsarət alıb.

Qeyd edilir ki, hadisə ikimərtəbəli ticarət mərkəzində baş verib, nəticədə binanın divarları uçub. Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları yanğını söndürüb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: TASS