Paytaxt yollarında sürət həddi endirildi

Paytaxt yollarında sürət həddi endirildi

09.02.2020 09:19

Bakının əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb. 

Oxu.Az xəbər verir ki, hazırda paytaxtda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. 

Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Adi günlərdən fərqli olaraq, şəhər yollarına və müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb.