“Pfizer” koronavirusun yeni ştammına təsir edəcək?

“Pfizer” koronavirusun yeni ştammına təsir edəcək?

25.12.2020 11:38

“Pfizer” şirkətinin prezidenti və baş icraçı direktoru Albert Burla şirkətinin istehsal etdiyi peyvəndin koronavirusun Böyük Britaniyada tapılan yeni ştammına qarşı təsirli olacağına əmindir.

Bu barədə o, Yunanıstanın dövlət televiziyası ERT-yə verdiyi müsahibəsində deyib.

Burla koronavirusun bitməsinin zaman məsələsi olduğuna inanır.

O, qeyd edib ki, hazırda təcrübələr davam edir və təxminən iki həftə ərzində kifayət qədər məlumat əldə ediləcək.

Onun sözlərinə görə, normallaşmağa qayıdana qədər hər kəs maska ​​taxmalıdır.

Burla bildirib ki, “Pfizer” və “BioNTeck” peyvəndlərinin Avropa İttifaqına (Aİ) göndərilməsi üçün icazə əldə edilib. İlk partiya 26 dekabr tarixində bütün Aİ ölkələrinə göndərilməyə başlayacaq.