Prezident Qubadlıda şəhid Milli Qəhrəman Şükür Həmidovdan danışdı

Prezident Qubadlıda şəhid Milli Qəhrəman Şükür Həmidovdan danışdı

24.12.2020 16:31

“Bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb”.

Bunu Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Qubadlıya səfəri çərçivəsində hərbçilərimiz qarşısında çıxışı zamanı ölkə başçısı dilə gətirib.

Dövlət başçısı bildirib ki, Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi:

“Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedirdi, şəhidlər vermişik. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Şükür Həmidova mən Milli Qəhrəman adını Aprel döyüşlərindən sonra verdim, göstərdiyi qəhrəmanlığa görə. Allah ona rəhmət eləsin! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Azərbaycan hərbçiləri, o cümlədən, Şükür Həmidov dövlət tərəfindən yüksək döyüş ordenləri ilə təltif edilmişdir”.