PSJ-nin Tuxeli istefaya göndərməsinə Türkiyə çempionu ilə qarşılaşma səbəb olub

PSJ-nin Tuxeli istefaya göndərməsinə Türkiyə çempionu ilə qarşılaşma səbəb olub

25.12.2020 10:38

Tomas Tuxelin PSJ-nin baş məşqçisi postunu tərk etməsinə səbəb Çempionlar Liqasında “Başakşehir”lə oyunda baş vermiş hadisə ola bilər.

Bu iddia ilə jurnalist Romen Molina “Twitter” hesabında çıxış edib.

Qarşılaşma zamanı hakimlər briqadasının üzvlərindən birinin irqçi fikir səsləndirməsi qalmaqala səbəb olub. Bu zaman futbolçular meydanı tərk edərək hakimin dəyişdirilməsini tələb ediblər. Lakin fasilədə T.Tuxel futbolçularından meydana çıxmalarını istəyib. Bu isə futbolçular tərəfindən qəbul edilməyib və mübahisəyə səbəb olub. Yaranan münaqişə sonradan baş məşqçinin istefaya göndərilməsinə gətirib çıxarıb.