Putin doqquz yaşlı leykoz xəstəsinin arzusunu yerinə yetirib, onunla buzda sürüşdü - VİDEO

Putin doqquz yaşlı leykoz xəstəsinin arzusunu yerinə yetirib, onunla buzda sürüşdü - VİDEO

21.12.2020 22:40

Rusiya Prezidenti Vladimir Putin Çelyabinsk şəhərindən olan doqquz yaşlı oğlanın arzusunu yerinə yetirib. 

Leykoz xəstəsi olan Dima Oşepkin bu yaxınlarda “Arzular yolkası” adlı aksiyada Qırmızı Meydanda xizəkdə sürüşməyi arzulayıb.

Vladimir Putin öz növbəsində onun arzusunu gerçəkləşdirməyə söz verib:

“Asanlıqla edərik. Birlikdə sürüşərik.Hesab et ki, artıq yoldasan”.

Beləliklə, Dimanın arzusu gerçəkləşib. Dima və Rusiya Prezidenti birlikdə buz üstünə çıxıblar.