Putinlə Bayden nəyi müzakirə edəcəklər?

Putinlə Bayden nəyi müzakirə edəcəklər?

03.12.2021 20:07

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ölkə başçısı Vladimir Putinlə ABŞ lideri Co Bayden arasında gözlənilən danışıqların əsas mövzularını açıqlayıb.

Onun sözlərinə görə, dövlət başçıları əsasən Yaxın Şərq, Ukrayna və NATO-nun genişlənməsi məsələlərini müzakirə edəcəklər.

Danışıqların videobağlantı formatında təşkil olunağı bildirilib.

Görüşün vaxtı isə açıqlanmayıb.

Mənbə: TASS