Pyotr Luçinski: “Azərbaycan hörmətli, güclü və nüfuzlu dövlətə çevrilib”

Pyotr Luçinski: “Azərbaycan hörmətli, güclü və nüfuzlu dövlətə çevrilib”

23.12.2020 17:03

Moldova Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Pyotr Luçinski Prezident İlham Əliyevi doğum günü münasibətilə təhbrik edib.

AZƏRTAC-ın yayımladığı təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident.

Çox əlamətdar bir hadisəyə - Dağlıq Qarabağda sülh razılaşmasının əldə edildiyi, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa olunduğu dövrə təsadüf edən doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu nailiyyət Sizin nümayiş etdirdiyiniz iradə, qətiyyət və müdriklik sayəsində mümkün oldu. Əslində, bu, son bir neçə onillikdə dünyada həllini tapmış yeganə dondurulmuş münaqişə idi.

Çox şadam ki, Siz atanız Heydər Əliyevin yolunu ləyaqətlə davam etdirir, ölkənizin və xalqınızın mənafelərini yüksək səviyyədə müdafiə edirsiniz.

Sizin prezidentliyiniz illərində Azərbaycan iqtisadi, sosial və mənəvi həyatın bütün sahələrində misli görünməmiş nailiyyətlər qazanıb. Azərbaycan hörmətli, güclü və nüfuzlu dövlətə çevrilib.

Sizə iqtisadi potensialın artırılması, sülhün və asayişin möhkəmləndirilməsi işində səmimi qəlbdən yeni uğurlar arzu edirəm. Qoy, Sizin quruculuq səylərinizin nəticələrini Azərbaycan Respublikasının hər bir sakini hiss etsin.

Qoy, ölkənizin vətəndaşlarının rifahı naminə Sizin bütün yaradıcı təşəbbüsləriniz uğurlu olsun! Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, sülh, bütün işlərinizdə və niyyətlərinizdə uğurlar arzu edirəm!”