“Qarabağ üçün yarat” virtual rəsm sərgisi keçirildi

“Qarabağ üçün yarat” virtual rəsm sərgisi keçirildi

25.12.2020 13:44

Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” (Mənim yolum) Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ üçün yarat (Create for Karabakh)” adlı virtual rəsm sərgisi keçirilib.

Nazirlikdən bildirilib ki, sərginin təşkil olunmasında məqsəd Amerikada yaşayan uşaqlara Qarabağın tarixi abidələrini, işğaldan azad olunmuş şəhər və kəndlərini tanıtmaq, istedadlı uşaqları üzə çıxarmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarət olub.

Virtual sərgidə hər iki ölkənin məktəbliləri tərəfindən 60-a yaxın rəsm işi təqdim olunub. Rəsmlərdə Azərbaycanın tarixi abidələri, zəngin mədəni irsi və qəhrəmanlarının döyüş əzmi öz əksini tapıb. Sərginin yekunu ilə bağlı təşkil edilən tədbirdə çıxış edən “My Way” Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlova Azərbaycan xalqını qələbə münasibəti ilə təbrik edib, iştirakçılara uğurlar arzulayıb.

Sərgi ilə BURADAN tanış ola bilərsiniz.