Qattuzodan xəstəliyi barədə açıqlama: “Əmin olun ki, ölmürəm”

Qattuzodan xəstəliyi barədə açıqlama: “Əmin olun ki, ölmürəm”

24.12.2020 15:08

“Napoli”nin baş məşqçisi Cennaro Qattuzo ölümcül xəstəliyi olması barədə xəbərləri təkzib edib.

Bu barədə “Sky Sport Italy” məlumat yayıb.

Məşqçi autoimmun miasteniya xəstəliyinin olduğunu qeyd edib. C.Qattuzo son 10 gün ərzində demək olar ki, özündə olmadığını bildirib.

“Əmin olun ki, ölmürəm. Mən bu xəstəliklə artıq 10 ildir yaşayıram. Hər şey öz yoluna düşəcək və mən daha yaxşı olacam”, - C.Qattuzo deyib.