Qazi ailəsinin sosial təminatı ilə bağlı nazirlikdən AÇIQLAMA

Qazi ailəsinin sosial təminatı ilə bağlı nazirlikdən AÇIQLAMA

22.12.2020 12:24

Ağsu rayonu, Qaraqoyunlu kənd sakini Ağasəlim Mürşüdov da Vətən müharibəsi iştirakçılarından biridir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları müharibə zamanı yaralanmış Ağasəlimlə və ailəsi ilə görüşüblər. Ağasəlim özü müharibəyə qədər Bakıdakı şirkətlərdən birində işləyib, müharibədə olduğu vaxt və sonralar da hər ay əməkhaqqı ödənilib. 

Bildirilib ki, ailə ilə görüş zamanı atası Namiq Mürşüdovun istəyinə uyğun olaraq özünüməşğulluq proqramına növbədənkənar cəlb edilməsi qərara alınıb. Yaxın günlərdə onun üçün heyvandarlıq təsərrüfatı yaradılacaq. 

Qeyd olunub ki, Ağasəlimin iki qardaşı var, hər ikisinə iş təklif edilib, lakin hələ ki, işləmək istəmədiklərini, istədikləri halda isə məşğulluq mərkəzinə müraciət edəcəklərini deyiblər. Anası əlilliyi olan şəxs olduğundan yaxın günlərdə onun üçün də birdəfəlik yardım ayrılacaq.

Qazinin əlilliyi qiymətləndiriləcək, əlillik təyinatı aparıldığı halda sosial ödənişlərlə təmin olunacaq.