“Qazprom”un İdarə Heyətinin sədri İlham Əliyevi təbrik etdi

“Qazprom”un İdarə Heyətinin sədri İlham Əliyevi təbrik etdi

25.12.2020 13:54

“Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller
Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, səmərəli fəaliyyət, planlarınızın uğurla reallaşmasını və Azərbaycanın rifahı naminə yeni nailiyyətlər arzu edirəm.

Hörmətlə,

 Aleksey Miller

“Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri”