“Qəbələ” FHN nümayəndəsinə görə cəzalandırıldı

“Qəbələ” FHN nümayəndəsinə görə cəzalandırıldı

22.12.2020 15:18

AFFA İntizam Komitəsi “Qəbələ” klubunu Fövqəladə Hallar Nazirliyinin (FHN) işçisinə görə cəzalandırıb.

Bu barədə AFFA-nın saytı məlumat yayıb.

Belə ki, dekabrın 20-də keçirilmiş Premyer Liqanın XII turunun “Qəbələ” - “Qarabağ” oyununda oyun öncəsi yanğından mühafizə xidmət nümayəndəsi təyin olunan vaxtda AFFA nümayəndəsinin iclasında iştirak etməyib. Bu səbəbdən meydan sahibi klub 400 manat cərimə olunub.

Səbuhi Musayev